Rusiya Qarabağla bağlı Türkiyə ilə anlaşdı - ÖZƏL AÇIQLAMA
"Türkiyə ilə Rusiyanın həm qarşı-qarşıya gəlməsi, həm də işbirliyi fərqli sferalarda və fərqli mövqelərdə özünü götərməyə başladı".
Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Rusiya ilə Türkiyənin münasibətləri düşmənçiliyə çevrilə bilər:
"Əvvəllər Suriyada həm Fəratın şərqi, həm də qərbində, həm Liviya, həm də Qafqazda Qarabağ müharibəsində özünü göstərdiyi bir vaxtda, indi də üstəlik Ukrayna böhranı əlavə oldu. Açığı Ukrayna indiki halıyla Türkiyə ilə Rusiya arasındakı münasibətlərə son dərəcə güclü bir şəkildə təsir edir. Çünki Türkiyə ilə Ukrayna arasında artan işbirliyi və Türkiyənin Krım məsələsinə yanaşması Rusiyanı narazı salıb. Digər tərəfdən hər iki ölkənin geosiyasi sferada çox önəmli işbirlikləri var. Yəni müdafiə sənayesi, enerji başda olmaqla, neft və qaz da əsas preoritet məsələlərdir. Bu istiqamətdən baxanda hər iki ölkə bir-birinə son dərəcə yaxın, bağlı, amma eyni zamanda son dərəcə güclü mübarizə apardıqları, hətta düşmənləşdikləri mövzular, sahələr var. Bu nöqteyi nəzərdən məsələyə baxanda daşlar yerinə oturana qədər təlatümlü bir mənzərənin yaranacağını anlamalıyıq. Digər tərəfdən təlatümlü adlandırdığım bu mənzərənin bəzi üçüncü ölkələr tərəfindən manipulyasiya edilməyə çalışılacağı, hətta münasibətlərin korlanıb düşmənçiliyə zəmin yarada biləcəyini də proqnozlaşdırmaq olar. Bu mənada skandal geosiyasi müddətin davam edəcəyini və Türkiyə ilə Rusiya arasındakı münasibətlərin korlanacağını deməyimiz lazımdır.

Rusiya Cənubi Qafqazda Türkiyənin varlığını qəbul etdi, daha doğrusu qəbul etmək məcburiyyətində qaldı. Çünki nəticədə bu qabaran dalğanı bir şəkildə dayandırmaq bundan sonra Rusiyanın işinə yarımaz. Rusiya nə etmək istəyəcək? - Bölgədəki bu gərginlikdən faydalanmaq istəyəcək. Çünki Rusiya bu şəkildə müqavimət göstərməyə davam edərsə, qarşı-qarşıya qalacağı reaksiya Rusiyanı qazanmaqdansa böyük bir itki ilə üz-üzə qoyacaq. Bu mənada Kreml reallığı qəbul etdi və bu reallıqdan öz mənfəətinə uyğun bir həll yolu axtarmağa çalışdı, amma bu da istənilən effekti vermir, xüsusən də Rusun arxasında qalan sahələr. Rusiya həmin əraziləri istismar edəcəkmi, etməyəcək, bunu qarşıdakı zamanlarda görəcəyik. Bu son dərəcə önəmli bir etibarlılıq testi olaraq özünü göstərəcək.
Zəngəzur koridoru vasitəsilə açılacaq yol Rusiyanın xüsusilə Hind okeanına enməsi üçün də son dərəcə önəmli bir maşruta dönə bilər. Yəni oradan beynəlxalq magistral yollar vasitəsilə çox önəmli ixrac nöqtələrini Hind okeanı başda olmaqla okeanlara bağlayacaq. Bu dəhliz Rusiya nəzərindən də çox önəmli və çox faydalıdır. Bunun üçün də Rusiya Zəngəzur dəhlizinin açımasında maraqlıdır.
Qarabağ müharibəsinin necə keçdiyini ən yaxşı Rusiya bilir. İndi mövqeyini də ona əsasən təyin edir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)





