Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb
Ermənistanda bir sıra keçmiş məmurlar "Dzora" Su Elektrik Stansiyasının özəlləşdirilməsi prosesində vəzifələrindən sui-istifadə faktı üzrə ittiham olunur.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onların arasında keçmiş müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyan və Vatikandakı keçmiş səfir, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan da var.
Cinayət işi üzrə ibtidai istintaq artıq başa çatıb.
İstintaq materiallarına görə, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyan tərəfindən imzalanan məxfi əmrlə qanunsuz olaraq 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində səhmləri olan "Dzora" Su Elektrik Stansiyasının bir bloku - "Dzoraget Hydro' MMC üçün nəzərdə tutulmuş 3 milyard 600 milyon dram (7 milyon dollar) mənimsənilib.
Üstəlik, enerji və təbii sərvətlər naziri Armen Movsesyanın təklifi ilə ölkədə hidroelektrik enerjisinin inkişafını təşviq etmək bəhanəsi ilə, guya "Dzoraget Hydro" MMC-yə fayda yaratmaq üçün Nazaryan və komissiya üzvləri hökumətin qərarını yekdilliklə təsdiqləyibilər.
Armen Movsesyanın ölümü nəzərə alınaraq, ona qarşı ittihamlar ləğv edilib, lakin Nazaryan və komissiyanın digər üzvləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
Cinayət işi üzrə istintaq materialları Baş Prokurorluğa göndərilib.
Vatikandakı Keçmiş səfir Mikael Minasyana gəlincə, ibtidai istintaq davam edir. O, vəzifəsindən sui-istifadə, korrupsiya, çirkli pulların yuyulması və gəlir vergisi bəyannaməsində yalan məlumatlar verməkdə günahlandırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





