Siyasət

Tibb Universitetinin əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib

9 Aprel 2021 14:25
Baxış: 843

Prezident İlham Əliyev Azərbaycan Tibb Universiteti əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilirlər:

Ağayev Elçin Kamil oğlu

Axundov Ramiz Atalla oğlu

Camalov Fariz Hidayət oğlu

Cavadov Samir Sabir oğlu

Cəfərov Ələmdar Mədət oğlu

Əhmədov İlham Əvəzağa oğlu

Əliyeva Zemfira Abdul Həmid qızı

İsmayılov Qurban Meyfalı oğlu

Nəsirli Cəfər Əliabbas oğlu

Səlimov Rövşən İmran oğlu.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.