Siyasət

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş prokurorunu qəbul edib - VİDEO - FOTO

9 Aprel 2021 12:06
Baxış: 777

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Bildirildi ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.

Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu, perspektiv məsələlər müzakirə edildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.