Rusiya istehsalı nüvə başlığı daşıya bilən silah Ermənistana necə gedib? - Ekspert ŞƏRHİ
"Beynəlxalq konvensiyaların tələblərinə tam zidd olaraq Ermənistana naməlum marşurutlar üzrə çatdırılan "İsgəndər" raketlərinin M versiyasının (daha uzaq mənzilli və nüvə başlığı belə daşımağa malik operativ-takitiki raket kompleksi) Ermənistana verilməsi və həm də Ermənistan tərəfindən Azərbaycan ərazilərinə qarşı istifadə edilməsi hər birimizi, o cümlədən də məni narahat etməyə bilməzdi".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Rusiya səfirliyi ləngimədən ən qısa zamanda və ağılabatan bir cavab verməklə Azərbaycan cəmiyyətini sakitləşdirməlidir:
"Rusiya səfirliyinə edilən müraciətə qoşulmağımın da əsas səbəblərindən biri uzun illər araşdırdığım və heç bir yerdə, hətta BMT-nin silah reysterində rast gəlmədiyim bir silah sisteminin Ermənistana verilməsinə aid sualla cavab tapa bilməməyim mənim də bu müraciətə qoşulmağıma səbəb oldu. İstənilən halda "İsgəndər-M" raketi kiçik bir element deyil, bu ballistik bir raketdir. Biz də bilirik ki, bütün dünya gücləri, o cümlədən Rusiya okeanlardan belə buraxılan qanadlı ballistik və operativ-taktiki raketlərin izlənməsini davamlı olaraq fasiləsiz həyata keçirir.
Kilometrlərlə uzaqdan buraxılan raketləri izləyə bilən Rusiyanın yerləşdiyi Gümrü aviabazasından bir neçə kilometr aralıda "İsgəndər" raketinin buraxılışını görməməsi çox böyük təəccüb doğurur.
Düşünürəm ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətlər, o cümlədən Rusiyanın Qarabağda sülhməramlı funksiyası həyata keçirmək kimi bizim böyük bir etimadımızı qazanıb. Belə olan halda Rusiyanın onun istehsal etdiyi və kimsəyə vermədiyini bəyan etdiyi bir silahın Ermənistana necə gəlib çıxması hər birimizdə böyük bir təəccüb hissi doğurur. Bu silahların tapılması üçün buna istək olduğu halda ən geci 2-3 günün içində bu raketlərin hansı hərbi hissədən və ya hansı istehsalçı tərəfindən Ermənistana çatdırılmasını ayırd etmək olar. Bunun üçün bizim əlimizdə olan raketin indenfikasiya və nömrəsi ilə bərabər seriya və partiya nömrəsini götürüb istehsalçı zavoddan həmin raketlərin hansı hərbi hissəyə və ya raket divizyonuna çatdırılmasını aydınlaşdırmaq, həmin hərbi hissədən isə eyni seriya və partiya nömrəsinə malik raketin təqdim olunmasını tələb etmək kifayətdir ki, bu raketin hara, kimə, nə vaxt, hansı məqsədlə verildiyinin üstü açılsın. Bu anlamda, düşünürəm ki, Rusiya səfirliyi ləngimədən ən qısa zamanda və ağılabatan bir cavab verməklə Azərbaycan cəmiyyətini sakitləşdirməlidir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...





