"Yaranan sualların cavablandırılması gələcək üçün çox əhəmiyyətlidir" - İsgəndər-M müəmması...
"Şuşada "İsgəndər-M" raketinin qalıqlarının aşkar olunması ilə bağlı Azərbaycan ictimaiyyətində bir sıra suallar yaranıb və bu sualların əsas mübahisəsi ondan ibarətdir ki, bu, Ermənistanın silah arsenalında olan "İsgəndər- E", yəni Export versiyası deyil, sırf "İsgəndər-M" raketlərinin olmasıdır".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, Peskovun bu məsələ ilə bağlı açıqlaması qənaətbəxş sayıla bilməz:
"Mənbələrdə qeyd olunur ki, 9M723 seriyalı raketin qalıqları tapılıb. Eyni zamanda ANAMA-nın əməkdaşları Şuşa şəhəri ətrafında dörd müxtəlif yerdə bu qalıqları tapıblar. İctimiyyətin, eləcə də ekspert camiasının sualları ondan ibarətdir ki, bu raketlər necə Ermənistanın nəzarətinə verilib, hansı formada, nə vaxt verilib, hansı koordinatlardan atılıb və hansı zaman kəsiyində bu raketlərdən istifadə olunub? Buna görə də, bu sualların cavablandırılması üçün ötən gün Azərbaycanın medai kapitanları bir müraciət ünvanlayaraq bu məsələyə aydınlıq gətirilməsini xahiş edirdilər.
Rusiyanın rəsmi sözçülərindən biri olan Dmitri Peskovun bu məsələ ilə bağlı açıqlaması var, lakin bu, qənaətbəxş bir açıqlama sayıla bilməz. Buna görə də, Rusiyanın aidiyyatı orqanları - Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin məsələyə qənaətbəxş münasibət bildirməsi xüsusi əhəmiyyət kəsb edir. İctimiyyət arasında olan narahatlığın aradan qaldırılması, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək ruhunu və strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq hazırda yaranmış sualların cavablandırılması gələcək perespektivlər üçün də çox əhəmiyyətlidir.
Digər önəmli bir məsələ bundan ibarətdir ki, sülhməramlıların mandatının müəyyən olunması eyni zamanda Rusiyanın birinci kanalında Ermənistanın eks prezidenti Robert Köçəryanın Vladimir Poznerə müsahibəsi də bir sıra qərəzli və təxribatçı fikirlərlə yadda qaldı. Eləcə də ,verilişin aparıcısı Poznerin Köçəryanı qondarma qurumun "birinci prezidenti" kimi adlandırması kifayət qədər böyük suallar yaratdı".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)
-
Zaur Rzayevin vəziyyəti açıqlandı
-
Bu həftə onların bəxti gətirəcək - İki bürcə xoş xəbər
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
BDYPİ sürücülərə müraciət etdi
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk





