"Gələcəkdə Azərbaycan Prezidenti ilə bağlı bu nüansa diqqət yetirəcəklər"
"Azərbaycan pandemiyaya qarşı milli təcrübədə apardığı mübarizəni qlobal miqyaslı təşəbbüslərlə əlaqələndirməklə dünyanın ən aparıcı ölkələrindən də belə yaxşı nəticələr ortaya qoydu".
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, dünya dövlətlərinin koronavirusa qarşı mübarizədə təşəbbüslərinin, imkanlarının əlaqələndirilməsi və bu sahədə real təşəbbüslərlə çıxış etmək məsələsində Azərbaycan Prezidenti klassik nümunələr göstərib:
"Azərbaycan həm pandemiya ilə, həm milli çərçivədə aparılan sistemli mübarizə, həm də bu mübarizənin nəticələrini və mövcud imkanları qlobal təşəbbüslərə çevirmək sahəsində böyük təşəbbüslər ortaya qoydu. Bir sıra dünya dövlətlərindən daha əvvəl Azərbaycanın pandemiya ilə yetkin və sistemli mübarizə modelini ortaya qoya bilməsi ona gətirib çıxardı ki, Azərbaycan pandemiya ilə həm də dünya miqyaslı mübarizəyə təsir göstərməyə, böyük töhfələr verməyə və təşəbbüslər göstərməyə başladı. Həm milli çərçivədə, həm də qlobal müstəvidə pandemiya ilə mübarizə prosesinə Azərbaycanin təsirlərinin artmasının arxasında başlıca olaraq Azərbaycan Prezidenti dayanır. İlkin olaraq Azərbaycanın pandemiya ilə mübarizədə ÜST-ə milyonlarla dollar yardım göstərməsi, 30-dan artıq ölkəyə yardım etməsi bizim ölkəmizin pandemiya ilə mübarizədə bəşəriyyətə və dünya dövlətlərinə tibbi yardım cəhətdən etdiyi ilkin istiqaməti idi. Azərbaycan bununla kifayətlənmədi və qlobal miqyasda pandemiya ilə mübarizə imkanlarının, potensiallarının birləşdirilməsi üçün ard-arda bir səra təşəbbüslərlə çıxış etdə və bu təşşəbüslərlə də problemin dünya miqyasında həlli istiqamətində töhfə verdi.
Ötən ilin may ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının məhz koronavirusla mübarizəyə həsr olunması dünyada ilk təcrübə oldu. Sonra Qoşulmama Hərəkatının Zirvə toplantısı baş tutdu. Azərbaycan bu toplantıda da dünya dövlətlərinə koronavirusla mübarizədə milli və qlobal imkanlarının şaxələndirilməsinin nə qədər vacib olduğunu nümayş etdirdi. Elə bunun nəticəsidir ki, ölkəmiz vaksinin ədalətlə bölüşdürülməsi tezisi üzərində formalaşmış beynəlxalq COVAX hərəkatını dəstəkləyən ilk ölkələrdən biri oldu. Təcrübə də göstərdi ki, Azərbaycan Prezidentinin dünyada koronavirusa qarşı vaksinlərin ədalətlə bölüşdürülməsi barədə səsləndirdiyi fikirlər əsassız deyilmiş. Doğrudan da dünyada yaşanan vaksin ədalətsizliyi Azərbaycan Prezidentinin zamanında müdaxilə etdiyini deməyə əsas verir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin koronavirusa qarşı Xüsusi Sessiyasının keçirilməsi də qlobal təşəbbüslərin birləşdirilməsinə imkan yaradır. Və nəhayət, BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın Qoşulmama Hərəkatının rəhbəri kimi etdiyi təklif əsasında qətnamənin qəbul olunması və vaksinin daha ədalətli bölünməsi prinsipini özündə əks etdirən qətnamə dünyada bəşər tarixində çox əhəmiyyətli bir sənəd oldu. Ümumiyyətlə, dünya dövlətlərinin koronavirusa qarşı mübarizədə təşəbbüslərinin, imkanlarının əlaqələndirilməsi və bu sahədə real təşəbbüslərlə çıxış etmək məsələsində Azərbaycan Prezidenti klassik nümunələr göstərib. Hansılar ki, koronavirusla mübarizə dünya tarixinin artıq keçmiş bir səhifəsinə çevriləndə gələcək nəsillər bu nüansa xüsusi diqqət yetirəcəklər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - (Foto/Video)
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
XƏBƏR LENTİ
-
Trampın "qələbə şousu" və ABŞ-ın 40 milyard dollarlıq ağır hərbi hesabı
-
DÇ-2026: Əlcəzair geridə qaldığı oyunda dönüş etdi
-
Mərdəkanda dənizdə batan gənclərin Fotoları
-
Sumqayıtda ağır qəza: Avtomobil ağaca çırpıldı, 3 nəfər yaralandı
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi
-
Səidə Dadaşova: "Atamın vəfatından sonra evdə aynalarımız bağlandı"
-
Badımcanı bir də belə yoxlayın
-
Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət
-
2 kiloqram ərik mürəbbəsinə nə qədər şəkər tozu vurulmalıdır?
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
-
"Yeraltı"nın aktrisası, Devrim Özkan reklamdan 11 milyon qazandı
-
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
Şagirdlər üçün ev tapşırığı minumuma endirilə bilərmi? - AÇIQLAMA
-
Ufuk Özkanın son halı - (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Emin Əmrullayevdən izah
-
Şakiranı öpüşə qərq etdi - FOTO
-
"WhatsApp"ın yeni rəhbəri - Kunal Şah
-
Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
-
DÇ-2026 - Argentina Avstriyanı məğlub etdi





