Ermənilər yalnız dirilərə deyil, ölülərə qarşı da vəhşilik törədib - İƏT Baş katibinin köməkçisi
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ məsələsində daim Azərbaycanı dəstəkləyib. Bu dəstək təkcə Azərbaycanın İƏT-ə üzv olması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqedə olmasına görədir. Azərbaycan öz ərazilərini işğaldan azad etməli idi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İƏT-in Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanı dəstəkləyəcək: "Biz bundan sonra da Azərbaycana öz dəstəyimizi göstərəcəyik. 2016-cı ildə Təmas Qrupu yaradıldı. Biz ilk dəfə azad edilmiş ərazilərə səfər etmək imkanı qazandıq və həmin ərazilərdə dağıntıları gördük, binalara, məscidlərə qarşı ermənilərin törətdiyi vandallıqların şahidi olduq. Bu çox məyusedici, kədərli bir mənzərədir. Eyni zamanda məscidlərdə donuz, inək saxlanmasının şahidi olduq, qəbiristanlıqların, məzarların dağıdılmasını gördük. Bu onu göstərir ki, işğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı da vandallıqlar törədiblər. Şükürlər olsun ki, həmin ərazilər işğaldan azad edilib və inanırıq ki, o ərazilər bərpa ediləcək, yenidən qurulacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)





