"Rusiya bu raketi Ermənistana veribsə..." - Polkovnik
"Paşinyan deyir, müharibə vaxtı "İsgəndər" raketi atmışıq. Ermənistanın müharibə dövründə Baş hərbi inspeksiyasının rəisi, əvvələr baş qərargah rəisi olmuş Movses Akopyan deyir, "İsgəndər" atmışıq. Serj Sarkisyan deyir Şuşa "İsgəndər"lə vurulub".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Nazim Bayram deyib.
Polkovnik-leytenant bildirib ki, Rusiyada bəzi qüvvələr ictimai diqqəti "İsgandər"lərdən yayındırırlar:
"Şuşada ANAMA tərəfindən "İsgəndər-M" raketinin qalıqları tapılıb. Rusiyanın "Arsenal Oteçestva" portalının redaktoru A.Leonkovsa deyir ki, "Şuşada tapılan raket qalıqları Rusiyanın Suriyada terrorçuları vurduğu "İsgəndər-M" raketinin qalıqlarıdır. Bəs Türkiyə Suriyadan qalıqları yığıb, gətirib Azərbaycana və Azərbaycan bunlarla Şuşada fotosessiya keçirib". Burada deyirlər, "Cхваченный фрайер хуже бешенной собаки" ("Yaxalanmış hərif quduz itdən betərdir"). Görünür hələ çox ayaqüstü uydurulmuş versiyalar eşidəcəyik. Hələlik belə uydurmalarla özlərini daha da "batırsınlar".
Bu, fikir yayındırmaqdır. Oktyabrda Rusiyadan Ermənistana gündə 7-8 hərbi-nəqliyat reysi gedib. İndi bir Karapetyan tapıblar, güya o, İl-76 alıb, onunla kontrabanda silah daşıyıb. İctimai diqqəti "İsgandər"lərdən yayındırırlar. Rusiyada anbardan Ermənistana gizli yollarla gətirilibsə təlim raketi də ola bilər, ona görə kaseti boş olub, qəlpəsi olmayıb. Yəni satan alanı aldadıb.
Görünür araşdırma gedir. İndi Rusiya tərəfindən səsləndirilənlər, o cümlədən FSB araşdırması barədə məlumatlar, rəsmi cavab deyil, mətbuatda yayılan versiyalardır. Biz hazırda qeyri-rəsmi versiyaları müzakirə edirik. Məsələ ikitərəfli münasibətləri aşır. Beynəlxalq razılaşmaya görə 300 km-dən artıq mənzilli raketlər ixraca qadağandır. Rusiya bu raketi kənara veribsə, "zərərçəkənin şikayət ərizəsinə" ehtiyac yoxdur, bu, beynəlxalq qalmaqaldır.
Adi "İsgəndər"in müharibə şəraitində tətbiqi hərbçilərin əlindədir. Qabriyelyan deyirdi, Qasparyan ona danışıb ki, "İsgəndər"i atmamışdan bu barədə Rusiyaya məlumat verib, Rusiyadan deyiblər ki, raket sizin, müharibə sizin (yəni özünüz baxın).
Hərbçi kimi ümumiyətlə düşməni əlində olan silahlardan istifadəyə görə ittiham etmirəm (mülki hədəflər deyilsə). Biz də əlimizdə olanla onları vurmuşuq. Məsələ ondadır ki, qalıqlarda E-ə işarə yoxdur. M-in Rusiyadan kənara verilməsi isə raketlər barədə elə Moskva razılaşmasının kobud pozulmasıdır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir





