Siyasət

QAT: “Erməni katalikosu özünü “sülh göyərçini” kimi aparır”

28 Aprel 2010 15:13
Baxış: 283
Milli.Az portalı xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, erməni katalikosunun dini liderlərin sammiti çərçivəsində verdiyi açıqlamalar, erməni kilsəsinin öz aqressiv və qisasçı mövqeyində qaldığını, Azərbaycana qarşı törətdikləri cinayətlərə görə heç bir peşmançılıq hissi keçirmədiyini təsdiq edir: "Erməni katalikosu işğal hərəkətlərinə, hərbi cinayətlərə, Xocalı qətliamına, uşaqların, qocaların, qadınların qətlə yetirilməsinə görə xəcalət, peşmançılıq, etiraf hisslərini nümayiş etdirmək əvəzinə, heç nə olmamış kimi həyasızcasına bundan sonra "müharibə etməməyin vacibliyindən", sülhdən və sərhədlərin açılması arzularından, "Qarabağın azad və müstəqil gələcəyindən" danışdı. Bu, bir daha göstərir ki, erməniləri bu cür tədbirlərə dəvət etməklə haqq yoluna gətirmək mümkün deyil, bu əbəs səylərə ehtiyac yoxdur. Biz erməni katalikosuna özünün "sülh göyərçini" obrazını nümayiş etdirməsinə şərait yaratdıq, bu erməni canisi üstəlik guya sülh tərəfdarı kimi Azərbaycanın dini liderini İrəvana da dəvət etdi. Biz millət, cəmiyyət, dövlət olaraq yenə də ermənilərə uduzduq. Üstəlik, erməni katalikosu iştirak etdiyinə görə bu mötəbər tədbirdən erməni işğalı və vəhşiliklərinin ifşa olunması üçün də istifadə edə bilmədik. Nə çıxışlarda, nə də qəbul olunmuş yekun sənədində erməni işğalı haqda heç nə deyilmədi".

Qurum eyni zamanda, bu səfərlərə etiraz edən QAT üzvlərinin polis tərəfindən saxlanmasını pisləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.