Yeni qanun layihəsi ilə bağlı AÇIQLAMA
Vətənpərvərlik, Vətəni sevmək, Vətənə məhəbbət ülvi bir duyğudur. Hər bir güclü xalqın, millətin, dövlətin var olmasının kökündə məhz güclü vətənpərvərlik hissi dayanır. 44 günlük müharibədə də xalqımızın vətənpərvərliyinin nə qədər yüksək olmasının şahidi olduq.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova yeni hazırlanan "Azərbaycanda Vətənpərvərlik tərbiyəsi haqqında" qanun layihəsi ilə bağlı fikirlərini bildirərkən deyib.
A.Həsənova bildirib ki, vətənpərvərlik hissi nə qədər yüksək olarsa, cəmiyyət, dövlət o qədər sürətlə inkişaf edər, qüdrətli və yenilməz olar, düşməndə qorxu yaradar: "Vətənə sevgi olmadan onun parlaq gələcəyi haqqında düşünmək əsla olmaz".
Deputat hesab edir ki, vətənpərvərlik məsələsinə sistemli şəkildə yanaşmaq vacibdir: "Vətənpərvərliyi şəxsiyyətin digər dəyərlərindən ayırmaq doğru deyil, yəni vətənpərvərlik məsələsinə kompleks şəkildə yanaşmaq lazımdır".
Deputat qeyd edib ki, vətənpərvərlik dedikdə bunu ancaq gənclərə və yeniyetmələrə şamil etmək doğru deyil: "Yəni vətənpərvərlik məsələsi hər bir Azərbaycan vətəndaşına aid olmalıdır. Biz adətən vətənpərvərlik deyəndə bunu ancaq gənclərə şamil edirik. Vətənpərvərlik elə bir duyğudur ki, istənilən yaşda olan insan bunu hiss edir və etməlidir. Vətənpərvərlik hissi daim insanlara aşılanmalıdır, burada yaş məhdudiyyəti qoymaq, yalnız gəncləri hədəf almaq düzgün yanaşma deyil.
Bəzən biz fikirləşirdik ki, gənclərdə vətənpərvərlik məsələsində hansısa boşluqlar var, amma Vətən müharibəsində gənclərimiz göstərdi ki, onlar hər zaman vətəni qorumağa hazırdır. İstər Aprel döyüşlərində, istərsə də Tovuz istiqamətində gedən döyüşlər zamanı biz cəmiyyətimizin, xüsusuilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq. Gənclərimiz küçələrə axışaraq Vətənin müdafiəsinə qalxdılar, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşməyə, canlarından belə keçməyə hazır olduqlarını bildirdilər".
A.Həsənova qeyd edib ki, vətənpərvərlik hissinin aşılanması ardıcıl şəkildə aparılmalıdır, yəni zəncirvari formada həyata keçirilməlidir: "Xüsusilə vətənpərvərlik təbliğatı azərbaycançılıq məfkurəsinə, azərbaycançılıq ideologiyasına əsaslanan formada həyata keçirilməlidir. Yəni bu ilk növbədə ailədən başlamaldır. Xüsusilə uşaqların ilk dəfə sosiallaşmağa başladığı baxçalarda vətənpərvərlik hissi düzgün aşılanmalıdır. Uşaqlara vətənpərvərlik hissinin aşılanması formal xarakter daşımamalıdır. Uşaqlara yalnız bir neçə dəyərləri öyrətməklə kifayətlənmək olmaz. Vətənpərvərlik hissini ilkin davranışlara, vərdişlərə həkk etmək lazımdır, yəni istər təbiətə münasibətdə, insanlara münasibətdə, ümumilikdə insan həyatının hər bir sahəsində vətənpərvərlik hissi olmalıdır.
Bu şəkildə vətənpərvərlik hissi zəncirvari olaraq aşılanmalıdır və insan bütün yaşlarında vətənpərvərliyini nümayiş etdirməlidir. Misal üçün dövlət himi səsləndirilərkən əlini sinəsinə qoymaq vətənpərvərlik hissinin, bayrağa, dövlətə, himnə dərin məhəbbətin təzahürüdür. Bu vərdişlər insanlara körpə yaşlarından aşılanmalıdır".
Deputat bildirib ki, vətənpərvərlik ətraf mühitə münasibətdə, ictimai münasibətlərdə, fərdi münasibətlərdə də özünü biruzə verməlidir: "Yəni bu münasibətlərin heç birində aqressiya olmamalıdır. Burada da vətənpərvərlik hissinin təzahürləri olmalıdır. Sən ətraf mühitə sevgi ilə yanaşmırsansa, öz həmvətəninə aqressiya göstərirsənsə, Vətəni necə sevə bilərsən?! Ətraf mühit də, həmvətənlər də sənin vətəninin bir hissəsidir. Vətənə münasibətdə möhkəm, əqidəli, düzgün, dürüst olmaq lazımdır. Yalnız onda Vətən möhkəm olar. Biz nə qədər daxildə bir-birimizə, ətrafımıza hörmət etsək, vətənpərvərliyimizi nümayiş etdirsək, dövlətimiz o qədər güclü olar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
XƏBƏR LENTİ
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş





