Zəngəzur dəhlizinin açılması bizə nə verəcək? - Politoloq izah edir
Türk dünyasının və türk dövlətlərinin birliyinin daha da gücləndirilməsi baxımından Zəngəzur dəhlizinin dəyərini ciddi qiymətləndirmək lazımdır.
Milli.Az bildirir ki, bunu Trend-ə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.
Onun sözlərinə görə, əslində, Zəngəzurun bir hissəsinin 1920-ci il dekabrın 3-də Azərbaycan SSR-nin rəhbərliyinə təzyiqlər nəticəsində Ermənistana verilməsi qərarı qəbul edilsə də, bu məsələ yarımçıq qalmışdı. Belə ki, Naxçıvanla Zəngilan arasındakı torpaqlarımızın Ermənistan SSR-in ərazisinə birləşdirilməsi faktiki olaraq erməni daşnakı Njdenin cinayətləri əsasında 1921-ci ilin yayında müəyyən qədər baş tutdu:
"Zəngəzurun bir hissəsini nəzarət altında saxlayan Njde bəyan etmişdi ki, ancaq bu torpaqlar Ermənistan SSR-ə veriləcəyi təqdirdə silahlı üsyana son verib, Avropaya mühacirət edəcək. Çox təəssüf ki, Sovet Rusiyasının rəhbərliyi bu şərtlə razılaşmışdı. Bununla da Zəngəzur torpaqlarının iki hissəyə parçalanması sürətlənmişdi. Daha sonra 1929-cu ildə Azərbaycan SSR-ə aid olan 9 kəndin Ermənistanın Mehri rayonuna birləşdirilməsi ilə Zəngilanla Naxçıvan arasında sərhəd çəpərləri çəkilmişdi".
F.Ələkbərli əlavə edib ki, 1929-cu ildə bu hadisə baş verərkən Azərbaycan SSR-in rəhbərliyində bir neçə erməni var idi və onlardan biri də Mirzoyan idi. Onlar bundan da istifadə edib, daha 9 kəndimizi Ermənistan SSR-ə birləşdirdilər. Bununla Naxçıvan və Zəngilan arasındakı torpaqlarımız Ermənistan SSR-in tərkibinə keçdi:
"Ancaq ermənilər indi narahatdır ki, əgər 1929-cu il sərhədləri bərpa edilərsə, o zaman həmin torpaqların bir qismi Azərbaycana qaytarılmalı və beləliklə, Naxçıvanla Zəngilan arasındakı quru torpaqlar da bərpa olunmalıdır. Bizcə, bu anlamda Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün "Türk qapısı" adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycaın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
XƏBƏR LENTİ
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Diplomatik korpusun nümayəndələri Füzuliyə çatıblar - (Video/Foto/Yenilənib)
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)





