Siyasət

Sizi unutmadıq… - Şəhid olan QƏHRƏMANLARIMIZ - SİYAHI

2 Aprel 2021 10:00
Baxış: 2 984

Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə...

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı terrorçu xuntanın hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.

Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən separatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozdu. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etdi, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqladı.

Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.

Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2019-cu ildə verdiyi açıqlamada Aprel döyüşlərinə hazırlıqla bağlı məlumatı hərbi birləşmənin kəşfiyyatı verdiyini, lakin konkret hansı günlər hücum ediləcəyi barədə məlumatın olmasını bilmədiyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan aprelin 2-də erkən saatlarda Birləşmiş Ştatlarda Nüvə Təhlükəsizliyi Sammitindən evə qayıdırdılar, bu zaman təmas xəttinin şimal-şərq, şərq və cənub-şərq sahələrində geniş miqyaslı döyüşlər baş verdi. Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub. Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirib. Talış kəndində olmuş "Kommersant" qəzetinin müxbirinin sözlərinə görə, Azərbaycan hərbçilərinin qrupu Talışa girsə də, orada möhkəmlənə bilmədilər.

Döyüşlər başlamazdan qabaq Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bəzi əməliyyatlar həyata keçirmişdi. Belə əməliyyatların biri Aprel döyüşlərindən iki həftə öncə baş vermişdi, bu əməliyyat zamanı Azərbaycanın diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq, Əsgəran bölgəsindəki HHM kompleksinin RLS-ni məhv etmişdi.

Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub. Lakin tərəflərin Seysulan kəndindəki vəziyyət haqqında xəbərləri ziddiyyətli olaraq qalırdı. Hər iki tərəf Seysulan kəndinin öz nəzarətində olmasını iddia edir.

Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.

Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.

Aprelin 5-də saat 12:10-dan başlayaraq aprelin 6-sı saat 12:56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər. Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.

Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib. Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub. Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Döyüşlərdə Azərbaycan qüvvələri İsrailin istehsal etdiyi "IAI Harop" kamikadze PUA, "ThunderB" nəzarət dronları və "Spike" TƏİR-ləri, Rusiya istehsalı olan TOS-1A 24-barrel termobarik (uzun məsafədə alovsaçan) raket sistemləri tətbiq olunub. Rusiyalı hərbi analitik Aleksandr Xramçixinin iddiasına görə, Ermənistanın tank itkilərinin əsas səbəbi "Harop" PUA-ları olub. Lakin hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun məhv edilən ağır texnikalarının 80 faizinin "Spayk" raketləri vasitəsilə vurulduğunu yazıb.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.

Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın siyahısını təqdim edirik:

1. Pölkovnik Yusifov Vüqar Nurəddin oğlu.

2. Polkovnik - leytnant Mirzəyev Murad Telman oğlu

3.Polkovnik - leytnant Orucov Raquf İbrahim oğlu

4. Mayor İmanov Samid Gülağa oğlu

5. Mayor Məmmədov Rasim Əbdül oğlu

6. Mayor Əliyev Elnur Adil oğlu

7. Mayor Musazadə Təbriz Tariyel oğlu

8. Mayor Vəlizadə Urfan Uzeyir oğlu

9. Kapitan Quliyev İnqilab Çingiz oğlu

10. Kapitan Bayramov Vaqif Dilqəm oğlu

11. Kapitan Savalanov Nəciməddin Akif oğlu

12. Kapitan Orucov Mühit Qurban oğlu

13. Baş leytenant Novruzov Mirzə Sərvər oğlu

14. Baş leytenant Həsənov Ziya Niyaz oğlu

15. Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu

16. Baş leytenant - İsmayılov Əbubəkr Vüqar oğlu

17. Baş leytenant - Namazov Elvin Məmməd oğlu

18. Baş leytenant Dədəkişiyev Cavid Gülbala oğlu

19. Baş leytenant İsgəndərov Elnur İsgəndər oğlu

20. Baş leytenant Orucəliyev Qabil Əbdüləli oğlu

21. Leytenant Şirinov Sahil Həsrət oğlu

22. Gizir Hümbətov Orxan Kazım oğlu

23. Gizir Cəfərov Mirsalam Təfəkkür oğlu

24. Gizir Teymurov Pəncəli Nurməmməd oğlu

25. Gizir Abdullazadə Nurlan Rasim oğlu

26. Gizir İsgəndərov Nicat Bəhruz oğlu

27. Gizir Ağayev Rusif İbrahim oğlu

28. Gizir Tağıyev Rahim Qara oğlu

29. Kiçik gizir Səfərov Elimdar Səlomxan oğlu

30. Kiçik çavuş Həmidov Orxan İbrahim oğlu

31. Kiçik gizir Qurbanov Tural Gülşad oğlu

32. Kiçik gizir Hüseynov Bəxtiyar Rəfael oğlu

33. Kiçik gizir Abidov Babək Vəfadar oğlu

34. Kiçik gizir Cavadzadə Şahin Yaşar oğlu

35. Kiçik gizir Fərəczadə Toğrul Habil oğlu

36. Kiçik gizir Qasımov Teymur Sabir oğlu

37. Kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu

38. Kiçik gizir Qarayev Dilsuz Məmmədağa oğlu

39. Kiçik gizir Novruzov Ravil Elman oğlu

40. Kiçik gizir Bayramov Sərxan Oqtay oğlu

41. Kiçik gizir Müstəcəbov Orxan Ələsgər oğlu

42. Kiçik gizir Əhmədov Rüstəm Oruc oğlu

43. Çavuş Musayev Səbuhi Rəfail oğlu

44. MAXE Hüseynov Ayaz Ələkbər oğlu

45. MAXE Adilzadə Adil Kamran oğlu

46. MAXE Mirzəyev Məhəbbət Ədalət oğlu

47. MAXE Əsgərli Nurlan Bayram oğlu

48. MAXE Qayıbov Elvin Sədrəddin oğlu

49. MAXE Hüseynov Əlvan Qafar oğlu

50. MAXE Qəhrəmanov Ruhin Əşrəf oğlu

51. MAXE Dəmirli Hüseyn Zeynal oğlu

52. MAXE Quliyev Səyyar Knyaz oğlu

53. MAXE Məmmədov Murad Vaqif oğlu

54. MAXE Əsgərov Təbriz Hamlet oğlu

55. Əsgər Mirzəyev Elvin Azadxan oğlu

56. Əsgər Nurayev Rəvan İsmayıl oğlu

57. Əsgər Kaçayev Samir Ziyatin oğlu

58. Əsgər Mehrəliyev Sərvan Natiq oğlu

59. Əsgər Əliyev Orxan Məhəmməd oğlu

60. Əsgər Süleymanov Vüqar Natiq oğlu

61. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu

62. Əsgər Qasımov Nurlan Cəmil oğlu

63. Əsgər Novruzov Fərahim Nadir oğlu

64. Əsgər Bağırov Sərxan Azır oğlu

65. Əsgər Mirzəyev Nurəddin Etimad oğlu

66. Əsgər Orucov Müşfiq Arif oğlu

67. Əsgər Qasımov Teymur Mikayıl oğlu

68. Əsgər Hacağayev Cabbarxan İlham oğlu

69. Əsgər Bağırov Emin İmran oğlu

70. Əsgər İslamov Əlizaman Fərrux oğlu

71. Əsgər Əzizzadə Xaliq Həsən oğlu

72. Əsgər Şirəliyev Kamran Faiq oğlu

73. Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu

74. Əsgər Bağırzadə Firdovsi Əliş oğlu

75. Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu

76. Əsgər Mirzəyev Mahir Sabir oğlu

77. Əsgər İbrahimov Mahmud Azər oğlu

78. Əsgər Dəmirli Altun Fərman oğlu

79. Əsgər Nəsirov Röyal İmran oğlu

80. Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu

81. Əsgər Dadaşov Tural Sabir oğlu

82. Əsgər Bayramov Şulan Bayram oğlu

83. Əsgər Quliyev Mahir Qədir oğlu

84. Əsgər Zəkərayev Nazim Nadir oğlu

85. Əsgər Səmədov Elşən Səməd oğlu

86. Əsgər Vahabzadə Mikayıl Yaqub oğlu

87. Əsgər Niftallı Rəşad Şakir oğlu

88. Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu

89. Əsgər Alıyev Vüsal İbrahim oğlu

90. Əsgər Baxşəliyev Rəşid Əliağa oğlu.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.