Siyasət

Ceyhun Bayramov AQEM Katibliyinin icraçı direktoru ilə görüşüb - FOTO

29 Mart 2021 20:25
Baxış: 522

2021-ci ilin 29 mart tarixində Tacikistana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun AQEM Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.

Milli.Az bildirir ki, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.

Öz növbəsində nazir Ceyhun Bayramov, Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib.

Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.