Fəvvarələr Meydanında absurd və qəmli şou: ölü dirilmədi
- Qarabağ! Xankəndi! Uşaqpulu! Demokratiya! Avropa Birliyi!
- Yəni ölkədə söz azadlığı və demokratiyanı olmamasına etiraz edirsiniz?
- Hə! Uşaqpulu! Xankəndi!
- Tələbləriniz siyasi tələblərdir?
- Bəli! Uşaqpulu!
Bu gün Bakının mərkəzində, Fəvvaralər Meydanında bir neçə xanım qanunsuz və heç bir sanksiyası olmayan mini-mitinq keçirməyə çalışıb.
Xarici ölkələrdə, daha doğrusu, Avropa Birliyindəki dövlətlərdə sığınacaq tapmış "müstəqil bloqer"lər və "siyasi fəal"lar Orxan Ağayev, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Süleyman Süleymanlı, Manaf Cəlilzadə, Orxan Hüseynov və Fikrət Hüseynlinin günlərdən bəri sosial şəbəkələr vasitəsilə anons etdikləri, "Kanal 13", "Made in Azerbaijan"və "Azad söz" kimi Facebook səhifələri ilə YouTube kanallarının çağırışlar paylaşdıqları "genişmiqyaslı etiraz aksiyası" bu gün gerçəkləşdirildi.
Mühacirət arealında mövcudluqlarını təmin etməyə çalışan 7 nəfərin çağırışı ilə aksiyaya elə 7 nəfər qatılmışdı, tam əksəriyyəti də xanımlar.
"Hər bloqerə bir etirazçı!" təki absurdizm həddindəki şüarı sloqan seçə biləcək etirazçılar nə istədiklərini, tələblərinin nə olduqlarını özləri də bilmirdilər.
Fəvvarələr Meydanına gələn xanımlarla əynində hərbi forma olan gənc az qala bütün sosial, siyasi, mənəvi, iqtisadi və s. sahələrə şamil edilə biləcək kəlmələrlə ifadələri işlətdilər.
Siyasi infantillərin "bloqer" olmağa çalışdıqları sosial platformalarda "mövcud hakimiyyətə etiraz aksiyası" kimi qələmə verilən və canlı yayımlar vasitəsilə mümkün qədər çox izləyici ilə tamaşaçıya çatması üçün bütün cəhdlərin edildiyi ivent əslində, etirazın özünə parodiya idi.
Meydana niyə gəldiklərini, nə istədiklərini bilməyən, müxalif siyasi fəaliyyətin çox naşı qroteski olan bu aksiyanın təşkilatçıları çox olsa da, bilavasitə iştirakçılarının sayı mikroskopik həddə idi.

Səslənən çağırışlar, deyilən şüarlar, etiraz notlu açıqlamalar da obıvatel səviyyəli tələblərdi.
Məsələn, "Xankəndi!" deyən xanım söylədi ki, bəs niyə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra Xankəndi də azad edilmədi, nə üçün Xankəndində Azərbaycan bayrağı dalğalanmadı və s. Konfliktologiya, siyasi elmlər və regional münaqişənin analitik təhlili müstəvisində bəyanatını ixzar edən xanım əlindəki Azərbaycan və Pakistan bayraqlarını yelləyərək yenicə mürəkkəb siyasi qnaseologiyaya varid olurdu ki, ətrafına toplaşmış "müstəqil jurnalist"lər onun sözünü kəsdilər.
"Xanım, Xankəndi təcili deyil - siyasi tələbləriniz nədir?" Bu sualı eşidəndə duruxan "radikal müxalifətçi və haqq mübarizi" xanım düşündü, sonra ucadan "Uşaqpulu!" dedi.
"Jurnalist"lər onu yönləndirmək, kameralar qarşısında sifarişçilərə gərəkli sözlər deməyə sövq etməyə çalışsalar da, alınmadı.
Sinirlənən media mənsublarından biri meydandan keçən ailəyə yaxınlaşaraq "Yəqin ki, buraya mitinq üçün gəlmisiniz?" soruşdu. Təəccüblü baxışlara əhəmiyyət verməyən kameraman davam etdi: "Problemləriniz nədir, dövlətdən tələbiniz nədir? Hakimiyyətin səhvlərini sadalayın!"
Aldığı cavab da "Nə bilim e, vəziyyətimiz belədi də, yaxşı deyil, güzaran çətindi" oldu.
Yəni tamaşaçıda təəssürat yaranmalıydı ki, Fransada, İspaniyada və ya Polşada vətəndaşların istisnasız olaraq, hamısı meqabəxtəvərlik içində və hiperrifah şəraitində yaşayırlar, durumundan narazı ümumiyyətlə yoxdur, Bakıda isə, buyurun, üzündə maska olan orta yaşlı kişi ilə onun xanımı narazılıq edirlər.
Daha sonra Azərbaycanın Avropa Birliyinə üzv olmaması qınandı, Qarabağ məsələsinin tam həll olunmaması pisləndi, uşaqpulu istənildi, səhiyyədəki problemlərə göz gəzdirildi və belə təəssürat yarandı ki, sayı sporadik, qarışıq tələblər irəli sürənlərdən az qala iki dəfə çox olan jurnalistlərin qatıldıqları "aksiya" yarım saat da davam etsəydi, Azərbaycanın nə üçün indiyədək Marsda koloniyalar salıb məskunlaşma məntəqələri yaratmamasında hakimiyyət suçlanacaqdı.
Günlərdən bəri mühacirətdəki siyasi akvariumun sosial şəbəkələrdəki səhifələrində və YouTube kanallarında sürəkli tanıtılan, anons edilən, çağırışlara səbəb olan aksiya sovetlər dönəmindəki qısametrajlı gürcü filmlərindəki qrotesklə başlayıb dadaizm sayıla biləcək sonluqla bitdi.

Martın 19-da Bakıda Fəvvarələr Meydanı mühacirətdəki siyasət diletantları ilə ölkədəki radikal müxalifətin trappersiz şousuna səhnə oldu.
Canlı ölü yenə əvvəlki halında qaldı, baş verənlər İlf və Petrovun "12 stul" əsərindəki "əbədi şərhçilər"in Bakıda benefisinə çevrildi.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası





