Cəmiyyət

Abşeronda avtomobil yük maşınına çırpılıb - FOTO

16 Mart 2021 08:13
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunun Xırdalan şəhərində 3 avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası Abşeron Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb.

"Toyota" markalı nəqliyyat vasitəsi "Qazel" markalı maşını sağdan ötmə əməliyyatı edərkən yük avtomobilinə çırpılıb.

İdarəetmədən çıxan minik avtomobili yol kənarında hərəkətsiz dayanan "Volkswagen" markalı maşına da çırpılıb. Qəza nəticəsində "Toyota"da olan bir nəfər xəsarət alıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.