İspaniyada ingilis-isveç şirkəti "AstraZeneca"dan alınan koronavirusa qarşı peyvəndin istifadəsini dayandırmağa qərar verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın səhiyyə naziri Karolina Darias bildirib.
"AstraZeneca" peyvəndinin istifadəsi Avropa Dərman Agentliyinin son günlərdə baş verən qan laxtalanma hallarını analiz edənə qədər müvəqqəti olaraq dayandırılır", - K.Darias deyib.
Milli.Az