İspaniya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırır

16 Mart 2021 07:05

İspaniyada ingilis-isveç şirkəti "AstraZeneca"dan alınan koronavirusa qarşı peyvəndin istifadəsini dayandırmağa qərar verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın səhiyyə naziri Karolina Darias bildirib.

"AstraZeneca" peyvəndinin istifadəsi Avropa Dərman Agentliyinin son günlərdə baş verən qan laxtalanma hallarını analiz edənə qədər müvəqqəti olaraq dayandırılır", - K.Darias deyib.

Milli.Az