"Israel HaYom" qəzeti: Hikmət Hacıyev tibbi yardım üçün İsrailə təşəkkür edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: "Biz İsrail həkimlərinə, İsrailə çox minnətdarıq. Bu, bizim dostluğumuzun və əməkdaşlığın sübutudur"
Milli.Az Trend-ə istinadən bildirir ki, israilli jurnalist Din Şmuel Elmas bu haqda İsrailin aparıcı ivritdilli nəşri olan "Israel HaYom" qəzetində yazıb.
Nəşrdə İsrailin Bakıdakı səfiri Corc Dikin sözləri də sitat gətirilib. Səfir deyib: "Bu, bizim aramızda mövcud olan dostluğun ruhunu əks etdirir".
Məqalənin müəllifi qeyd edir ki, ötən həftənin bazar ertəsi günü səfir Corc Dik başda olmaqla, İsrailin Azərbaycandakı səfirliyi tibbi yardım göstərilməsi üzrə fövqəladə əməliyyat həyata keçirib. Dağlıq Qarabağda Vətən müharibəsi zamanı yaralanmış Azərbaycan əsgərlərinə və zabitlərinə ən azı 150 əməliyyat aparılması və onların müalicəsinin həyata keçirilməsi məqsədilə israilli oftalmoloqların və plastik cərrahların Azərbaycana səfərləri təşkil edilib.
Cümə günü Azərbaycan hökumətində yüksəkvəzifəli şəxslərdən biri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində İsrail həkimlərinə minnətdarlığını və hörmətini bildirib.
Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb: "Bu, çox əlamətdar hadisədir. Bizim yaralı əsgərlərimizə və zabitlərimizə real tibbi yardım göstərmiş tibbi personala və İsrail səfirliyinə dərin minnətdarlığımızı bildiririk. Bu, ölkələrimiz arasında dostluğun sübutu və təcəssümüdür".
Hikmət Hacıyev öz "tvit"ini yəhudi mənbələrindən bir sitatla bitirib: "Bir insanı xilas edən şəxs dünyanı xilas edir".
Məqalənin müəllifi qeyd edir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən öz "Twitter" səhifəsində belə bir mesaj yerləşdirib:
"Bu, İsrail ilə Azərbaycan arasında dostluğun ruhunu əks etdirir. Biz bu insanların möhkəm sağlamlığını, özünə əminlik hissini və öz Vətənində - Azərbaycanda normal və layiqli yaşamaq qabiliyyətini qaytarmaq istəyirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda





