Siyasət

"Ermənistan belə güclü Azərbaycan Ordusu gözləmirdi" - Türk general

27 Fevral 2021 10:00
Baxış: 1 994

"II Qarabağ Müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistanda hərbiçilərin də Nikol Paşinyana qarşı çıxacağı gözlənilən idi".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

General bildirib ki, Ermənistan xalqı, hətta Ermənistan siyasi dairələrinin böyük bir hissəsi müharibənin bitməyinə son 2 gün qalana kimi məğlub olacaqlarına inanmırdılar:

"Müharibə bitəndən bəri həm Ermənistan dövləti, həm cəmiyyəti, həm də ordusu yeni reallığı qəbul edə bilmirlər. Çünki işğaldan azad edilən ərazilərdə hər gün erməni əsgərlərinin cəsədləri tapılır. Bir tərəfdən də Ermənsitan iqtisadiyyatı daha da çökdü. Məğlubiyyət Ermənistanda çox ciddi məyusluğa səbəb oldu. Bu, əsas da orduya qarşı yaranan məyusluqdur. Məsələ belədir ki, Ermənistan rəhbərliyi illərdir hər fürsətdə xalqını inandırırdı ki, Azərbaycan tərəfi nə edir etsin, bizim 27 ildir qurduğumuz istehkamları, müdafiə xətlərini yara bilməz. Biz həmin müdafiə xətlərini müharibə müddətində gördük, keçilməsi həqiqətən çox çətin idi. Azərbaycan Ordusu Ermənistanın Hava Hücumundan Müdafiə Sistemini çökdürüncə Ermənistan Silahlı Qüvvələri də çökdü. Hava Hücumundan Müdafiə Sistemi məhv edilincə pilotsuz uçuş aparatları ilə hərəkət etmək asanlaşdı və beləcə zirehli texnikaları da vuruldu. Ordunun məğlub olacağına Ermənistan xalqı, hətta Ermənistan siyasi dairələrinin böyük bir hissəsi müharibənin bitməyinə son 2 gün qalana kimi inanmırdı. Həmin müddətə kimi "Azərbaycan heç cürə Şuşanı ələ keçirə bilməz. Şuşa hücumu Azərbaycanı bitirəcək və məğlub olacaq" şəklində bəyanatlar verirdilər. Ermənistan belə güclü Azərbaycan Ordusu gözləmirdi. Hətta diasporası, erməni lobbisi də müharibədə Ermənistana xilas edə bilmədi. 

Ermənistanın əsasını Rusiya qoyub. Ermənilər bu gün bir dövlətə sahibdirlərsə, Rusiyanın sayəsindədir. Müharibə vaxtı Rusiyanın himayədarlığının davam edəcəyini düşündülər. Rusiya isə "Müharibə Azərbaycan torpaqlarında gedir" deyərək bir az hadisələrdən kənarda dayandı. Amma yenə də son dəqiqədə Ermənistanı məhz Rusiya xilas etdi. Yenə də nəticədə ordudan, diasporadan və Rusiyadan olan gözləntiləri Ermənistanı məyus etdi. Bununla da "böyük Ermənistan" xülyalarına da böyük bir zərbə endirildi. 

Düşünürəm ki, hələ Paşinyan höküməti bir müddət hakimiyyətdə qalacaq. Çünki Rusiya baxımından hələ Paşinyanın yerinə gətiriləcək bir şəxs yoxdur. Qərb baxımından isə o şəxs onsuz da Paşinyandır. Bu gün Ermənistan siyasi elitasında güclü Rusiya tərəfdarlı olduğu kimi, Rusiya əleyhdarları da var. Amma bu gün Putinin qarşısında Qərbin hakimiyyətə gətirdiyi əzik bir Paşinyan var. Paşinyanı bu cür aksiya ilə devirə bilməyəcəklər. Bəlkə də müxalifətin belə aksiyaları nəticəsində Paşinyan dəstəkçilərini arxasına yığaraq mövqeyini daha da gücləndirir. Mən bir müddət daha Paşinyanın hakimiyyətdə qalacağını düşünürəm".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.