Siyasət

Dünya dövlətləri Ermənistana səssiz qalmamalıdır - Xarici işlər naziri

26 Fevral 2021 10:32
Baxış: 629

Ermənistan beynəlxalq normalara zidd olaraq minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə həmin əraziləri ölü ərazilərə çevirmək məqsədilə minalayıb: "Bu gün Ermənistan minalanmış ərazilərin xəritəsini gizlədir, bütün beynəlxalq normalara zidd olaraq onu Azərbaycana təqdim etməkdən imtina edir. Dünya dövlətləri buna səssiz qalmamalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.