Avropa İttifaqı Azərbaycanla bağlı neytrallığını niyə qoruyur?
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında növbəti 7 il üçün əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılacaq. Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn mətbuat konfransında bildirib.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, politoloq İlyas Hüseynov deyir ki, müxtlif dövrlərdə bu münasibətlər yüksələn xətlə inkişaf edib:
"Biz Azərbayca-Aİ arasında ticarət dövriyyəsindəki artımlara nəzər salmaqla da bunu görə bilərik. Bu münasibətlərin strateji xarakter daşıdığını deyə bilərik. Çünki Azərbaycanın ixrac etdiyi karbohidrogen ehtiyatlarının əsas alıcısı ittifaq ölkələridir. Azərbaycanın reallaşdırdığı enerji layihələri Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. Avropa ölkələri enerji sahəsindəki əməkdaşlığa həm də starteji tərəfdaşlıq kimi yanaşırlar. Buna görədir ki, enerji təhlükəsizliyi məsələsi onların milli təhlükəsizliyi ilə bərabərləşdirilir. Avropanın enerji asılılığının monopoliyadan çıxarılması üçün ittifaqın donor təşkilatları Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparırlar".
Onun sözlərinə görə, Azərbaycan-Aİ münasibətlərində ərazi bütövlüyü məsələsi prioritetliyini hər zaman qoruyub: "Xüsusən də ikinci Qarabağ müharibəsi dövründə Aİ ölkələri, onların bəzilərini çıxmaq şərti ilə ədalətli mövqe nümayiş etdirdilər. Xüsusən burada İttifaqdan çıxmaqla bağlı prosesi sonlandırmaq üzrə olan Böyük Britaniyanın adını çəkmək lazımdır. Bu ölkə BMT Təhlükəzsizlik Şurasında Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdi".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan Aİ münasibətləri enişli-yoxuşlu olub:
"Zaman-zaman tərəflər arasında yaranmış ciddi problemlər, qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Bundan əvvəlki münasibətlər tərəflər arasında qəbul edilmiş "Assosiativ saziş" çərçivəsində davam etdirilib. Çərçivə Sazişinin imzalanmasına əngəl olan bir sıra problemlər isə hələ də qalmaqdadır. İqtisadi müstəvidə əlaqələr yüksələn xətlə inkişafdadır. Bərabərsəviyyəli ikitərəfli əlaqələrin qurulmasının nəticəsi olaraq, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı ikinci Qarabağ savaşında neytrallığını qorudu. Çünki Aİ-nin Azərbaycanın ərazi bütövlüyü haqqında qətnamələri mövcuddur".
Ekspert hesab edir ki, bundan sonra əlaqələrin daha sürətlə inkişafı üçün perspektivlər mövcuddur.
"Burada TAP layihəsinin işə düşməsini qeyd etməliyik. Azərbaycan Avropanın enerji təchizatında mühim rol oynayır. Ölkəmiz Avropanın Şərq Tərəfdaşlığı Proqramında vacib yer tutur. Yaxın bir il ərzində tərəflər arasında Çərçivə Sazişinin imzalanacağını güman etməsəm də, Azərbaycan Qarabağda qurucluq işlərini aparmaq üçün həm də Avropaının iqtisadi imkanlarından istifadə edəcək", - deyə o, əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır





