BMT-nin iclasında erməni vandalizmi barədə danışılıb
Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunun işğalı zamanı Ermənistan tərəfindən bu ərazilərdə vandalizm aktı törədilib, Azərbaycanın mədəni-dini irsi yerlə-yeksan edilib və ya dəyişdirilib - məscidlər, ziyarətgahlar, kilsələr, qəbiristanlıqlar dağıdılıb və ya heyvan saxlanılan tövlə halına salınıb, həmçinin tarixi Qafqaz Albaniyasına aid abidələrin daxili və xarici görkəmləri dəyişdirilərək qriqoryanlaşdırılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BMT-nin mənzil qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) "Bərabərliyə yeni baxış: Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət onilliyi çərçivəsində irqçilik, ksenofobiya və ayrı-seçkiliyin hər kəs üçün aradan qaldırılması" mövzusunda nazirlərin iştirakı ilə virtual formatda görüşü zaman deyib.
Onun sözlərinə görə, təsadüfi deyil ki, bir sıra xarici jurnalistlər erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrini "kabuslar şəhəri", "kiçik Xirosima" adlandırıblar.
M.Qurbanlı erməni işğalçıları üzərində Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən vandalizm aktlarına məruz qalmış tarixi dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını vurğulayıb.
M.Qurbanlı qeyd edib ki, Ermənistan xristian təəssübkeşliyinə nail olmaq məqsədilə bu müharibəyə din xadimlərini cəlb edərək, münaqişəni dini müstəvidə təqdim etməyə çalışıb. Azərbaycanda müsəlman, xristian, yəhudi və s. dinlərin, eləcə də 30 mindən çox erməni millətinin nümayəndələrinin də sərbəst yaşadığı, Bakının mərkəzində Erməni Apostol Kilsəsinin dövlət tərəfindən qorunduğu hamıya məlumdur.
Çıxışının sonunda Komitə sədri hazırda dinlərin insanlara verəcəyi əsas töhfə olan vəhdət və harmoniyanın təmin edilməsinin, dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlik çağırışların vacibliyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





