Siyasət

Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verdi

14 Fevral 2021 15:06
Baxış: 682

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinətindən Milli.Az-ə verilən məlumata görə, məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi.

Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik.

Baş nazir Əli Əsədov faciə ilə əlaqədar Fuat Oktaya dərin hüznlə başsağlığı verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.