Siyasət

“Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq”

12 Fevral 2021 09:27
Baxış: 833

Parlament partiyası olduğumuz üçün qanuna əsasən Respublikaçı Alternativə dövlət tərəfindən maliyyə ayrılmalıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov şəxsi Feysbuk hesabında yazıb.

Partiya sədri bildirib ki, 2021-ci ildə partiyalara bütövlükdə 4 milyon manatın verilməsi nəzərdə tutulub:

"Onun 40%-i parlamentdəki 11 partiya arasında bərabər bölünür. Bildiyimə görə, partiyalardan biri bu vəsaitdən imtina edib. Deməli, 1 milyon 600 min manat 10 partiya arasında bölünəcək. Belə olsa, bu il ReAL 160 min manat dövlət maliyyəsi alacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.