Siyasət

Hikmət Hacıyev: "Ümid edirik ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək"

6 Fevral 2021 21:57
Baxış: 1 304

"Sovetlər dövründə Mincivan regional nəqliyyat habı rolu oynayıb. Lakin erməni işğalından sonra tamamilə məhv edilib. Dəmir yolu relsləri metal kimi satılıb. Biz bu nəqliyyat habını yenidən bərpa etmək niyyətindəyik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

"Ümid edirik ki, Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək. Eləcə də bütün məsələlərdən lazımi nəticə çıxaracaq", - deyə H.Hacıyev bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.