Siyasət
AŞPA-da erməniləri ifşa edən yeni sənəd yayılıb
27 Aprel 2010 09:00
Baxış: 246
Parlament Assambleyasının deputatları arasında Rafael Hüseynov son 10 ildə hazırladığı aktual sənədlərin miqdarına görə hamıdan irəlidədir. Elə bu sessiyada da R.Hüseynov bir neçə sənəd təqdim edib. Onlardan biri artıq avropalı deputatlar tərəfindən dəstəklənərək imzalanıb. Həmin sənəd "Ermənistanın monoetnik dövlətə çevrilmək xətti və bu ölkədə tükənməkdə olan son milli azlıqlara qarşı aparılan amansız diskriminasiya siyasəti" adlanır.
Sənədə konkret faktlar əsasında Parlament Assambleyası üzvlərində Ermənistanın milli azlıqlara qarşı yürütdüyü qəddar təqib siyasəti barədə dolğun təsəvvür yaratmağa nail olmuş azrbaycanlı deputat problemin dərindən araşdırılması məqsədi ilə ayrıca məruzəçinin təyin edilməsi təklifini irəli sürür.
Bir sıra ölkələri təmsil edən 20-dən artıq nüfuzlu AŞPA üzvünün həmfikir çıxaraq imzaladığı bu tövsiyə üçün təklif artıq ciddi müzakirələrə səbəb olub.
Sənəddə deyilir: "Ermənistanın Avropa Şurasına üzv olduğu 10 il ərzində islah etmədiyi, əksinə daha da dərinləşdirdiyi əsas antidemokratik qüsurlarından biri bu dövlətin milli azlıqlara qarşı apardığı açıq təqib siyasətidir. Elementar insan haqlarına və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, getdikcə sərtləşərək rasizm həddinə yetişən bu xətt ölkəni monoetnik dövlətə çevirmək məqsədi daşıyır. Son bir neçə on il ərzində sayı nisbətən çox olan bütün milli azlıqların hamısı - yunanlar, polyaklar, assurilər, molokanlar, ukraynalılar, yəhudilər, belaruslar, almanlar və s. tədricən ölkədən kənarlaşdırılmışlar. Hazırda Ermənistanda qalan 42 min nəfərdən artıq kürd ciddi təhlükə qarşısındadır. Bu yaxınlarda Yerevanda 4 nəfər kürdün ermənilər tərəfindən başının kəsilərək vəhşiliklə qətlə yetirilməsi bu etnik azlığa qarşı Ermənistanda aparılan pressinq və mübarizənin onlarda total vahimə yaratmaq həddinə çatdığını göstərməkdədir.
Kürdüstan Yezidiləri Federasiyası dünya informasiya agentliklərinə bəyanat yayaraq bu qanlı qətllərin siyasi motivlərlə baş verdiyini, kürdlərə qarşı Errmənistan dövlətinin apardığı sıxışdırma siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Ermənistan hüquq mühafizə orqanlarının ayrı-ayrı kürdləri işgəncələrə məruz qoyması haqda dəhşətli faktlar, onların milli özünüifadəsi qarşısında yaradılan maneələr ölkədəki bu son milli azlığı xilas etmək üçün qəti tədbirlər görülməsini zəruriləşdirir. 2010-cu il aprelin 20-də qorxudan Ermənistanda səsini çıxara bilməyən yüzlərlə kürdün Gürcüstan paytaxtındakı Ermənistan səfirliyi qarşısında onlara qarşı rəsmi Yerevanın apardığı təqib və məhvetmə siyasəti əleyhinə etiraz mitinqi keçirməsi vəziyyətin hansı kəskin böhran həddinə çatmasının əyani ifadəsidir.
Bunları nəzərə alaraq Assambleya Ermənistanda milli azlıqlarla əlaqədar vəziyyəti araşdırmaq üçün xüsusi məruzəçinin təyin edilməsini məqsədəuyğun hesab edir;
Assambleya problemi müvafiq komitələrdə müzakirə edilərək təxirəsalınmaz tədbirlər görülməsi üçün tövsiyələr hazırlanmasının gərəkliyini vurğulayır".
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı bu sənəd ingilis və fransız dillərində tirajlanmışdır və yaxın zamanlarda Parlament Assambleyasının bürosunda müvafiq addımların atılması məqsədi ilə müzakirə ediləcək.
/AzərTAc/

DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad