Paşinyan Putinə kələk gəlir - məxfi toplantının TƏFƏRRÜATLARI
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya qarşı oyunlarını davam etdirir, Kremli və şəxsən Rusiya prezidenti Vladimir Putini aldatmağa davam edir.
Rusiyanın sosial şəbəkələrində və Telegram kanallarında siyasi ekspertlər, habelə Ermənistanın Telegram kanallarında bununla bağlı rəylər sürətlə yayılır.
İrəvanda Paşinyanın rəhbərliyi ilə aparılan proseslərin kölgədə qalan məzmununu və məğzini anlamaq üçün son günlərdəki təyinatlarda mediada yer almış məlumatları izləmək yetərlidir.
Nikol Paşhinyan Ermənistanın Ali Məhkəmə Şurasına aşkar anti-Rusiya mövqeli birini, Soros Fondunun İrəvandakı bölməsinin direktoru David Xaçatryanı təyin edib. Xaçatryan Ermənistanda iqtidarda olan "Mənim Addımım" partiyasının funksioneridir.

Kiyevdəki Maydan hərəkatının fəal iştirakçısı olmuş Xaçatryan Ukraynanın DİN başçısı, etnik erməni Arsen Avakovun yaxın tanışıdır. Məhz Avakovun dəstəyi ilə o, Soros Fondunun Ukraynadakı nümayəndəliyində "təlim" kursu keçib.
İrəvanda çıxan "Hrapark" qəzetinin baş redaktoru David Xaçatryan Ermənistanla Rusiyanın əlaqələrinin minimuma endirilməsinin tərəfdardıdır.
"Bu qəzetdə Rusiyaya qarşı fasiləsiz olaraq yazıların dərc edilməsindən sonra Ermənistandakı səfirliyimiz Xaçatryanı məhkəməyə müraciət edə biləcəyi ilə hədələdi. Buna rəğmən, Ermənistandakı diplomatlarımız XİN başçımız Sergey Lavrovu inandırmağa çalışırlar ki, situasiyaya nəzarət edirlər. Təbii ki, belə deyil", - rusiyalı ekspertlər yazırlar.
Ermənistanın baş nazirinin yaxın ətrafındakı mənbələrin dediklərinə görə, ABŞ-da Co Baydenin prezident olmasından sonra Cənubi Qafqazdakı proseslərə Rusiyanın əvvəlki təki təsir edə bilməyəcəyini söyləyən Nikol Paşinyan yeni oyuna başladığını gizlətmir.
"Mənim Addımım" partiyasının parlament fraksiyasının qapalı toplantısında Paşinyan sabiq jurnalist təki obrazlı ifadələrlə Rusiya prezidenti Vladimir Putin barədə deyib: "Mavr işini gördü, mavr gedə bilər".
Baharda isə Ermənistanda çox güclü anti-Rusiya dalğasının başlayacağını təxminləmək olar.

Ekspertlər hesab edirlər ki, Paşinyanın bilavasitə göstərişi ilə Ermənistanda mediada və sosial şəbəkələrdə Rusiyaya qarşı kampaniya başlanacaq, ermənilərə "ruslar bizə dost və qardaş xalqdır, lakin indi Kreml Rusiyanın, illah da Ermənistanın maraqlarını təmsil etmir" fikri təlqin ediləcək.
Qərbin "müstəqil" fondları İrəvanda yeni bölmələr açacaq.
ABŞ Dövlət Departamentinin "Ermənistanda demokratiyanın dəstəklənməsi prosesi" çərçivəsində müxtəlif layihələrə 100 milyon dollara yaxın vəsait ayıracağı da iddia olunur.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)





