BMqT-dən işğaldan azad olunmuş ərazilərimizlə bağlı TƏKLİF
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycaının işğaldan azad olunmuş ərazilərində kəhrizlərin bərpa edilməsi layihəsini təklif edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşündə BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev bildirib ki, işğaldan azad edildikdən sonra Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri ilə birgə Füzuli rayonuna səfər edib.
O, müxtəlif ölkələrdə dağıdılmış yerlərə səfər etdiyini, lakin Füzuli rayonundakı kimi dağıntı ilə heç bir yerdə rastlaşmadığını bildirib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı" layihəsi çərçivəsində kəhrizlərin bərpa edilməsi üçün bu il yeni üsulun tətbiq ediləcəyi diqqətə çatdırılıb və layihənin icrasının işğaldan azad edilmiş ərazilərdə də davam etdirilməsi təklif edilib.
V.Georgiyev qeyd edib ki, əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Böyük Qayıdışla bağlı müxtəlif layihələrin icra edilməsi üçün səylərini əsirgəməyəcək.
Görüş zamanı Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gerçəkləşdirdiyi "Dəmir yumruq" əks-həmlə əməliyyatı nəticəsində Ermənistanın hərbi qüvvələri işğal edilmiş ərazilərdən qovulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, keçmiş məcburi köçkünlərin beynəlxalq hüquqda təsbit olunmuş hüquqlarından istifadə edərək doğma torpaqlarına qayıtmağı üçün şərait yaranıb.
Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə ermənilər tərəfindən misilsiz vandalizm aktları törədilib. Xalqımızın maddi-mədəni irsi olan tarixi-dini abidələr, məscidlər məhv edilib, yaşayış məskənləri dağıdılıb. Bununla tarixi saxtalaşdırmağa çalışan ermənilər həmin ərazilərin azərbaycanlıların qədim yurd yeri olduğu ilə bağlı izləri silmək məqsədi güdüblər.
Prezident İlham Əliyevin tapşırığı ilə təhlükəsizlik tədbirləri görülür, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar işlər aparılır. Bərpa-quruculuq işləri başlayıb, kommunikasiya, rabitə, yol infrastrukturu yenidən qurulur. Eyni zamanda, abidələr, tarixi əhəmiyyət daşıyan tikililər bizim çoxəsrlik memarlıq nümunələri əsasında yenidən bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi keçmiş məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəkildə ata-baba torpaqlarına qayıdıb, yeni həyata başlamasına şərait yaradacaqdır.
Nəzərə çatdırılıb ki, münaqişənin ilk illərində məcburi köçkünlərlə bağlı humanitar layihələr həyata keçirən beynəlxalq təşkilatların dəstəyinə yenə də ehtiyac var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





