Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi ötən il də artıb
Azərbaycan və Macarıstan arasında iqtisadi əlaqələr ötən il də uğurla davam edərək genişlənib. Son bir ildə ticarət dövriyyəsinə dair göstəricilərin artımı da bunu deməyə əsas verir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2020-ci ilin yanvar-noyabr aylarında Macarıstan ilə ticarət dövriyyəsi 10,85 faiz, o cümlədən idxal 9,97 faiz, ixrac isə 56,59 faiz artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu fikir Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun videoformatda görüşündə vurğulanıb.
S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan ərazilərimizin işğaldan azad edilməsi uğrunda haqq savaşında əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Erməni faşizminin işğal etdiyi ərazilərdə qarət, vandalizm, ekoloji terror törətdiyini, həmin ərazilərdə yaşayış infrastrukturunu, tarixi-mədəni abidələri dağıtdığını, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq işlərinə başladığını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizdə bütün sahələrdə dinamik inkişafı təmin etdiyini bildirən S.Babayev dünyada etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycanın xarici ölkələrlə, o cümlədən Macarıstanla qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq əlaqələrini daim genişləndirdiyini qeyd edib. O, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin müsbət nəticələrini vurğulayıb. Ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə Macarıstan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətindən bəhs edib.
P.Siyyarto ölkəsinin Azərbaycanla dost münasibətlərini qeyd edib, əlaqələrin daim inkişafda olmasının, iqtisadi əməkdaşlığın genişlənməkdə davam etməsinin məmnunluq doğurduğunu bildirib. O, ölkəsi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün daim dəstəkləndiyini vurğulayıb.
Görüşdə Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığı sahəsində əldə olunan nəticələr qeyd edilib, ikitərəfli Komissiyanın fəaliyyəti, qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü





