ICESCO-nun Baş direktoru “ASAN xidmət”də
14 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən Milli.Az-a bildirilib ki, qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Bundan başqa, vurğulanıb ki," ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Qonaq, həmçinin "ASAN Radio", "ASAN Təlim-Tədris Mərkəzi", "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə tanış olub.
Eyni zamanda, görüş zamanı 25 oktyabr 2018-ci il tarixində Dövlət Agentliyi ilə ICESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramı və bu Proqram əsasında təsis olunan qabaqcıl idarəetmə üzrə "ICESCO-nun ASAN mükafatı" barədə geniş müzakirələr aparılıb. "ICESCO-nun ASAN mükafatı"nın ICESCO-ya üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunması nəzərdə tutulur.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq "ASAN xidmət"in onda böyük təəssürat yaratdığını və Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsindəki bu qabaqcıl modelinin ICESCO-ya üzv ölkələrdə tətbiqinin zəruriliyini vurğulayıb.
Həmçinin, ICESCO-nun Baş direktoru ölkəmizin elektron hökumət və rəqəmsallaşma sahəsində dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha çox irəliləyiş əldə etdiyini qeyd edib və müvafiq istiqamətlər üzrə Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib.
Sonda qonağa "ABAD"çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir





