Siyasət

Pegov-Gabrelyanovun Azərbaycana qarşı növbəti təxribatı - SÜLHMƏRAMLILAR HARA BAXIRLAR? - VİDEO

1 Yanvar 2021 22:35
Baxış: 7 486

Aram Qabrelyanovun əlaltısı olan Semyon Pegov Azərbaycana qarşı növbəti təxribat törətdi.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, erməni mediası onun və cinayətkar rejimin lideri Arayik Arutyunyanın, Ermənistan silahlı qüvvələrinin müşayiəti ilə "cəbhə xətti" adlandırdıqları yerləri ziyarət etdikləri haqda görüntüləri yayır.

Araik, Azərbaycan torpağında gəzərək, müharibə dərslərini almış, qabaqcıl ölkələrin təcrübəsini və müasir silah növlərini nəzərə alacaq keyfiyyətcə yeni bir orduya ehtiyac olduğunu bildirdi, Pegov-Gabrelyanov isə itaətkarlıqla onunla razı olduğunu bildirirdi.

Bu cür təxribatlar üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır, çünki bəyanatın dördüncü bəndində deyilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi ilə paralel olaraq yerləşdirilir".

Sənəddə açıq şəkildə bildirilir ki, Ermənistan silahlı qüvvələri bu ərazilərdə olmamalıdır. Sülhməramlılar hara baxırlar? Silahlı yaraqlılar niyə rusların mühafizə etdiyi hərbi ərazilərdə dolaşır? Təəssüf ki, təəssürat yaranır ki, Rusiya sülhməramlıları bölgədəki vəziyyətin ciddiliyini tam anlamırlar və məsuliyyəti çiyinlərində olduğunu hiss etmirlər.

Aslan Məmmədov

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.