İordaniyanın Kralı II Abdullahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".
Milli.Az