Siyasət

İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş tutacaq

21 Dekabr 2020 14:23
Baxış: 984

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfəri hökmən baş tutacaq.   

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib. 

"Cənab Zərifin səfəri regional bir səfər idi və bu səfər hökmən baş tutacaq. Əlbəttə səfərin baş tutması üçün öncədən əldə olunan razılıq və hazırlıqlara yenidən nəzər salmaq lazımdır", - o vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.