Siyasət

Türkiyə XİN başçısı: “Rusiya erməni tərəfinin Qarabağda atəşkəsi pozmasının qarşısını almalıdır”

17 Dekabr 2020 12:08
Baxış: 1 918

Rusiya ilə müqavilələr imzalanıb. Digər tərəfdən, meydanda atılacaq addımları ev sahibi Azərbaycanla da müzakirə etməliyik.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, hazırda Qarabağda müşahidə nöqtələrinə - mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: "Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.