Siyasət

"Görüş baş tutmuş olsaydı belə, bunun heç bir hüquqi nəticəsi olmayacaqdı"

15 Dekabr 2020 13:30
Baxış: 2 093

Minsk Qrupunun həmsədrləri üç dövləti təmsil edir. Bunlardan biri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində atdığı addımlar müsbət qiymətləndirilir. Digər iki dövlət - Fransa və ABŞ-a təəssüf olsun ki, bu fikri şamil etmək mümkün deyil. Ələlxüsus Fransa. Çünki Fransa nəinki Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət addımlar atmır, hətta bu məsələnin konsrtuktiv həll olunmaması üçün əlindən gələni əsirgəmir.

Bunu Milli.Az-a açıqlamasında hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.

O bildirib ki, Minsk Qrupunun separatçı qurumun rəhbəri ilə görüş cəhdi heç bir nəticə verməyəcəkdi:

"Fikir verin, qondarma Dağlıq Qarabağın tanınması ilə əlaqədar olaraq Paris meriyasının və digər şəhər meriyalarının mrüaciət etmələri Senatda bu məsələyə baxılaraq hökümət qarşısında məsələ qaldırması və s. cəhdlər onu göstərir ki, Fransa heç də Dağlıq Qarabağda sabitliyin tərəfdarı deyil və Azərbaycan Respublikasının dövlət sərhədlərinin BMT tərəfindən tanınmış hüdudlar çərçivəsində tanınmasına heç də çalışmır. Baxmayaraq ki, Fransanın özü də BMT-nin üzvü kimi bu məsələyə səs verib və BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması ilə əlaqədar 4 qətnaməsinin icrasına səs verib və bu qətnamələrin icrası ilə əlaqədar Minsk Qrupunun həmsədri kimi üzərinə müəyyən öhdəliklər götürüb.

Minsk Qrupu ilə hər hansı bir separatçı qurumun rəhbərinin görüşməyə cəhd göstərməsi heç bir nəticə verməyəcəkdi. Hətta bu görüş baş tutmuş olsaydı da belə, bunun heç bir hüquqi nəticəsi olmayacaqdı. Bu görüş həmsədr nümayəndələrinin xunta rejim rəhbərinə hər hansı bir vədin verilməsi ilə nəticələnməyəcəkdi. Bu, sadəcə, formal bir görüş olacaqdı, heç bir hüquqi nəticəsi olmayacaqdı və ola da bilməz".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.