Siyasət

Rüstəm Muradovdan Hadrutla bağlı AÇIQLAMA

14 Dekabr 2020 11:10
Baxış: 4 801

Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.

"Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb", - o deyib.

R.Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory