Siyasət

Polad Həşimov, İlqar Mirzəyev və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib - SƏRƏNCAM

9 Dekabr 2020 17:51
Baxış: 3 228

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib:

Həşimov Polad İsrayıl oğlu - general-mayor (ölümündən sonra)

Mirzəyev İlqar Anzor oğlu - polkovnik (ölümündən sonra)

Hüseynov İbad Mövsüm oğlu - ehtiyatda olan baş çavuş.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.