Siyasət

Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqladı

1 Dekabr 2020 12:45
Baxış: 1 578

Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu.

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" - 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar - 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar - 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər - 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan - 178-i qənimət götürülüb. Traktor - 10, "Şilka" zenit qurğusu - 5 ədəd qənimət götürülüb. Atıcı silahlar - 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank - 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını - 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi - 5-i məhv edilib. Yük avtomobilləri - 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.