"Biz Qarabağı qaytarmadıq, biz Qarabağa getdik"
Bu gün ölkəmizdə hər bir vətəndaşın azad, firavan və əminamanlıq içində yaşama səbəbi şəhidlərimiz, qazilərimiz və bu gün döyüş meydanında, cəbhədə olan hərbçilərimiz, əsgərlərimizdir. Bunu heç vaxt heç kim unutmamalıdır.
Bunu Milli.Az-a açıqlamasında Qarabağ qazisi olan baş leytenant Ülvi Qədir deyib.

Baş leytenant bildirib ki, Polad Həşimovun şəhadətə yüksəlməsi torpaqlarımızın azad olunması üçün bir qığılcım idi:
"Demək olar ki, son 200 ildə olmayan bir zəfəri, bir qabiliyyəti biz əldə etdik. Uzun illərdən bəri azğın, kafir düşmən tapdağında olan torpaqlarımız azad olundu. Biz Qarabağı qaytarmadıq, biz Qarabağa getdik və Qarabağımızı düşmən tapdağından azad etdik.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm: Torpaqlarımızın azad olunması, ölkə başçısı tərəfindən əks-hücum əmrinin verilməsi şəhid qardaşımız Polad Həşimovun şəhadətə yüksəlməsindən sonra oldu ki, məhz qığılcımlar onda başladı. İllər idi düşmən təxribatlara əl atırdı, davamlı olaraq illərdir bizim hər il neçə-neçə şəhidimiz olurdu. Ancaq iyulda baş verən Tovuz hadisələrində düşmənin təxribatının qarşısını alarkən yenə şəhidlər verməyimiz və o şəhidlər içində bizim sərkərdəmiz Polad Həşimov da var idi. Mən onunla 5 ilə yaxın Murov, Kəlbəcər istiqamətində çiyin-çiyinə xidmət etmişəm. Bir döyüşçü, bir qazi kimi özümü çox xoşbəxt hiss edirəm ki, elə bir sərkərdə ilə mən bir yerdə xidmət etmişəm. Bu hissləri, bu duyğuları, həqiqətən, sözlərlə ifadə etmək mümkün deyil. Həmin döyüşlər pandemiyanın ölkəmizdə ən güclü vaxtına təsadüf etsə də minlərlə insanlar meydanlara axışdılar və bunun son hədd olduğunu nümayiş etdirdilər. Cənab Ali Baş Komandan da gördü ki, artıq bütün xalq döyüşə hazırdır, xalqda döyüş əzmi, döyüş iradəsi ən yüksək həddədir, ondan sonra bu proseslər baş verdi.
1990-1993-cü illərdə vahid komandanlığın, rəhbərliyin olmamağı səbəbindən biz torpaqlarımızı itirmişdik. Ancaq bu gün çox fərqli bir dövrdə, zamanda yaşayırıq. Amma bir məqamı qeyd edim ki, bu gün döyüş meydanındakı hərbçilərimizin yetişməyində məhz həmin illərdə olan hərbçilərimizin, qazilərimizin mənəvi təsiri böyükdür. Onların yolunu tutduq ki, bu gün yüzlərlə, minlərlə insanlar döyüş meydanına can atdılar. Elə mən özümü misal göstərə bilərəm. Mənim soyadımda daşıdığım Qədir ismi mənim əmimin adıdır. O, 1990-1993-cü illərdə Füzuli istiqamətində gedən döyüşlərdə polis əməkdaşı kimi döyüşüb.
Allaha şükürlər olsun, bu tarixi zəfəri bizə yaşatdı. Buna görə uca Allaha nə qədər şükr etsək, yenə də azdır. Mən döyüş tapşırığını yerinə yetirərkən qazi oldum, amma mən bununla öz vətəndaşlıq borcumun bitdiyini hesab etmirəm. İstəyirəm ki, gələcək nəsillərimiz məhz bizim şəhidlərimizdən, qazilərimizdən örnək götürsünlər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var





