Siyasət

Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında

27 Noyabr 2020 19:59
Baxış: 699

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun ermənilərin Kəlbəcər rayonununda törətdiyi ekoloji terrorla bağlı səsləndirdiyi fikirlər bir sıra xarici mətbuat orqanlarında işıqlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Misirin "Asiaelyoum.com" saytının əməkdaşı Əbubəkir Əbulməcid, "nile1.com" internet media resursunun əməkdaşı Mahmud Diyab, Əlcəzairin "Alharir.info"-nun təmsilçisi Əbdulqadir Xəlil, Səudiyyə Ərəbistanın "garbnews.az" saytının müxbiri Ələ əl-Məğribi R.Əhmədovun fikirləri yayımlayıblar.

R.Əhmədov açıqlamasında ermənilərin 200 il ərzində Azərbaycan xalqına qarşı qanlı cinayətlər törətməsini qeyd edərək deyib: "Ermənilər milli-mənəvi dəyərlərimizə qarşı düşmən münasibəti göstəriblər. Erməni vəhşiliyi bu gün də davam etməkdədir. Buna sübut kimi İkinci Qarabağ Müharibəsi nəticəsində uzun illərdir işğalal altında saxladıqları Azərbaycanın Kəlbəcər rayonunu tərk edərkən törətdikləri vandallıq nümunələrini göstərmək olar. Bundan başqa, işğaldan azad olunmuş digər şəhər və kəndlərimizdə də analoji hərəkətlərə yol veriblər".

YAP rəsmisi qeyd edib ki, beyinləri Azərbaycana qarşı düşmənçilik idealogiyası ilə zəhərlənmiş başıpozuq kütlə ərazilərimizdə evləri, hərbi obyektləri, mədəniyyət ocaqlarını, təhsil müəssisələrini yandırıb, meşələrmizdəki yüz illərlə yaşı olan ağacları kəsərək yaşıl qətliam həyata keçiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.