Anar Kərimovdan beynəlxalq təşkilatlara çağırış
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasın mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktları İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli, müsəlman dünyası öz mirasını qətiyyətlə müdafiə etməlidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) "Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu" mövzusunda beynəlxalq onlayn vebinarda mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
A.Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də bəhs etmişdir. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd etmişdir. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirmişdir.
Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ICESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri "İslam mədəniyyətinin paytaxtı" elan edilmiş, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil edilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ukraynaya hərbçi göndərməyəcəyik"
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
XƏBƏR LENTİ
-
Tanınmış reper vəfat etdi
-
"Ukraynaya hərbçi göndərməyəcəyik"
-
"Mançester Yunayted"də oynayacaq
-
“Vəzifədən çıxanda heç adama salam da vermirlər”
-
Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı
-
Badımcanı belə bişirin, dadı ətdən daha ləzzətli olur
-
Növbəti1 ay ərzində 5 bürcün bütün işləri yağ kimi gedəcək
-
Müğənni elə geyimdə səhnəyə çıxdı ki... - VİDEO
-
Şimali Koreya küçələrində gizli ÇƏKİLİŞ - VİDEO
-
Ayaqqabını paltaryuyanda yumaq olarmı?
-
Doğramacı belə hazırlayın - Dadına doya bilməyəcəksiniz
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Hər ilin bir günü metroya paltarsız minirlər - VİDEO
-
Əri ilə tərəf müqabili olacaq
-
Bəqai: ABŞ və İran razılaşmaya yaxınlaşmayıb
-
Sılanın son halını görənlər inana bilmir: "Bu qadına nə olub?" - FOTO
-
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb
-
“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub
-
Qubada asfalt çökdü - 3 kəndin yolu bağlandı - VİDEO
-
Günün qoroskopu: Maraqlı bir tanışlıq ehtimalı var
-
iPhone 18 Pro ilkin sifarişə çıxarıldı: “Od” qiymətinədir - FOTO
-
Vinisius Madridi vaxtından əvvəl tərk edir
-
Beren Saatın oxşarı: “Kıvanç Tatlıtuğ ilə...”
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb





