Siyasət

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru

26 Noyabr 2020 17:25
Baxış: 734

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digər Qərb ölkələrində olduğundan daha yüksəkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ISESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz "Twitter" səhifəsində yazıb.

O, müxtəlif tədbirlərdə iştirak etmək üçün dəfələrlə Azərbaycanda olduğunu və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dəfələrlə görüşdüyünü yazıb:

"Ermənilər Qarabağda məscidləri vəhşicəsinə dağıdarkən və tövləyə çevirərkən Fransa və digər ölkələr susurdu. Bu gün isə Azərbaycanın mədəni dəyərlərinin dağıdılmasına susan ölkələr ondan xristian tarixi dəyərlərinə hörmət etməyi tələb edir".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.