İnsanların həyatını xilas edərkən qəlpələrdən biri başını yaraladı... - FOTO
"National Geografic" jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın oktyabrın 27-də Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri kasetli bombalardan atəşə tutması nəticəsində həlak olan Bərdə rayon sakini, 27 yaşlı Niftalı Paşayevin dəfn mərasimini işıqlandırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotojurnalist dəfn zamanı çəkdiyi şəkilləri öz İnstaqram hesabında paylaşaraq belə şərh verib:
"Paşayev Niftalı 27 yaşında idi. Bərdə şəhərində bir bankda işləyirdi. Kaset bombaları şəhərin mərkəzinə düşəndə insanları içəri buraxmaq üçün bankın qapısını açmışdı. İnsanların həyatını xilas etdi. Qəlpələrdən biri onun başını yaraladı. Ölmədən əvvəl 10 gün xəstəxanada yatdı.
Dəfn olunarkən həyat yoldaşı Lalə körpəsi Muradı tabutun üstündə saxlayır. Lalə çiçək adıdır, Niftalı xəyalındakı evi lalə dolu bir bağça ilə inşa edəcəyinə söz vermişdi. Planlarına uşaqları və valideynləri üçün otaqlar da daxil idi. Lalə tabuta baxaraq "niyə bu evi seçdin, niyə xəyalımızdakı evi son evin kimi seçmədin?" deyə ağrılı bir şəkildə fəryad qoparır. Otağı sükut bürümüşdü.
Niftalının valideynləri Laçın rayonunun Dozlu kəndindən idi. Onlar oradan 1992-ci ildə ermənilər tərəfindən qovulmuşdular. Oğulları isə 28 il sonra erməni hücumları nəticəsində öldürüldü. Niftalı və bütün ölümlərə görə sülh qurmalıyıq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)





