Siyasət

Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə getdilər - VİDEO

23 Noyabr 2020 11:34
Baxış: 1 754

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur.

Mərkəzin yüzdən çox mütəxəssisinin artıq İrəvana gəldiyi və Xankəndiyə doğru yola düşdüyü bildirilib. Bundan əlavə əməliyyata robotlar da daxil olmaqla xüsusi texnikanın da cəlb olunduğu qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.