“Kuwait Times” qəzetində Ağdamı işğaldan azad olunması barədə məqalə dərc edilib
Küveytin ingilis dilli "Kuwait Times" qəzetində Azərbaycan qoşunlarının Ermənistanın təhvil verdiyi Ağdam rayonuna daxil olması barədə məqalə dərc edilib.
Ölkəmizin Küveyt Dövlətindəki səfirliyindən Milli.Az-a bildiriblər ki, yazıda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş Ağdam rayonunu təhvil verdiyi və hərbi birləşmələrimizin rayona daxil olduğu diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, razılaşmaya əsasən, dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da Azərbaycana təhvil veriləcək. Ağdam rayonunu tərk edən ermənilərin ağaclardakı meyvələri yığıb mikroavtobuslarla qaçdıqları, gedərkən evlərini yandırdıqları da qeyd olunub.
Məqalədə 6 həftəlik döyüşlərdən sonra əldə edilən üçtərəfli atəşkəs razılaşması haqqında məlumat verilib. Vurğulanıb ki, razılaşmaya əsasən, tərəflər döyüşlərə son qoymağı və işğal altındakı əraziləri Azərbaycana qaytarmağı qəbul ediblər.
Eyni zamanda, yazıda münaqişənin tarixinə toxunulub, Qarabağda yaradılmış qondarma rejimin Ermənistanın özü də daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən tanınmadığı diqqətə çatdırılıb.
Yazıda, həmçinin razılaşmadan sonra Azərbaycan və Ermənistan paytaxtlarındakı vəziyyət müqayisə olunub. Bildirilib ki, Bakıda insanların qələbə sevinci yaşadığı halda, Ermənistanın paytaxtı İrəvan küçələrində əsl xaosdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





