Siyasət

"Euronews" işğaldan azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb - VİDEO

21 Noyabr 2020 10:38
Baxış: 1 404

"Euronews" telekanalı erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, reportajda qeyd olunur ki, Füzulidə əsgərlərin Azərbaycan bayrağını sanca bilməsi üçün bir dənə də sağlam tikili qalmayıb. Əsgərlə bayrağı dağılmış evin fasadına sancmaqla kifayətləniblər.

Füzulidən olan qaçqın Arzu Şəfiyevanın sözlərinə görə, 30 il onlar oranı tərk edəndə şəhər tamamilə başqa cür idi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır:

"İşğala qədər şəhərdə 100 min əhali yaşayırdı, şəhər çiçəklənirdi, amma onu yerlə bir etdilər. Azərbaycan erməinilərin dağıtdıqlarını bərpa edəcək, Füzulini həyata qaytaracaq və bura yenidən Azərbaycanın çiçəklənən şəhərinə çevriləcək".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.