Siyasət

Rusiya ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı razılaşmalara dair tam məlumat verib

21 Noyabr 2020 08:08
Baxış: 967

ABŞ və Fransaya Dağlıq Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşması barədə tam informasiya verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Biz bu günlərdə həmsədrlər, Moskvanı ziyarət edən amerikalı və fransızlarla yaxın təmasdayıq. Mən onlarla görüşürəm, mənim həmkarlarım görüşür. Onlara 9 noyabrda imzalanan müqavilənin son illərdə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən razılaşdırılmış və dünyada geniş dəstək görən prinsiplərə tam uyğun olduğunu bir daha təsdiqləyən hərtərəfli məlumat verilib", - deyə S.Lavrov bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.