"Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir" - Əli Əhmədov
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə özünün rəsmi facebook səhifəsində paylaşım edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il keçir. Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyəcanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılırdı. Təsis edilməsinin 28-ci ildönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı anlarında - işğal edilmiş torpaqlarımızın azad edildiyi dövrdə qeyd edir. Yəqin ki, Yeni Azərbaycan Partiyasının builki ildönümü onun ən şərəfli, yaddaqalan ad günü olacaqdır. Partiyamızın yaradıcısı Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində total böhran içində boğulan, parçalanmaqda olan Azərbaycanı qurtuluşa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımızın 30 illik işğalından xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir. Müasir Azərbaycanın həyatının ən möhtəşəm anları, ən nəhəng uğurları və tarixi qələbələri onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlıdır. 1990-cı illərin əvvəllərində böhranların ağır məngənəsində boğulan Azərbaycanın çiçəklənən gənc dövlətə, məğlub ölkədən qalib ölkəyə çevrilməsi yaşadığımız və şahidi olduğumuz tarixin heyrətamiz inkişafıdır.
Yeni Azərbaycan Partiyası ecazkar siyasi taleyi olan təşkilat sayıla bilər və sayılmalıdır. Yaradılmasından cəmi 6 ay sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, ona rəhbərlik etmiş iki dahi şəxsiyyətin - Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olub. Bu sırada xalqımızın tarixinin və taleyinin ən şərəfli hadisəsi - 30 illik işğaldan sonra doğma Qarabağın azad edilməsi xüsusi yer tutur. Torpaqlarımızın azad edilməsi ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Bu, yeni imkanlar, yeni uğurlar, yeni zirvələr mərhələsi olacaq.
Yeni Azərbaycan Partiyasının yaradılmasının növbəti ildönümündə böyük hörmət və ehtiramla Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edirəm. Əlamətdar gün və tarixi qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Eləcə də, Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və tarixi qələbələr münasibətilə partiyamızın bütün üzvlərini təbrik edirəm."
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda





