"Fransanın vasitəçilik mandatının ləğv olunması ilə bağlı hüquqi prosedurların aparılması zəruridir" - Sevil Mikayılova
Son günlər Fransanın hökumət və dövlət nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təktərəfli mövqe sərgiləməsi təəssüf doğurur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Sevil Mikayılova deyib.
S.Mikayılovanın sözlərinə görə, məlum olduğu kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və həmsədr ölkə kimi öz mandatına uyğun olaraq ədalətli münasibət göstərməlidir:
"Fransanın təktərəfli qaydada Ermənistanın mövqeyində dayanaraq, bununla da separatçı quruma dəstək verməsi qəbulolunmazdır.
Bundan əvvəl Milli Məclisin sədri Sahibə xanım Qafarovanın sədrliyi ilə keçən plenar iclasda məsələ ilə bağlı geniş müzakirələr aparılıb. Azərbaycan parlamenti rəsmi Parisin tərəfkeş bəyanatlarına hiddətini ifadə edib.
Ölkəmizə qarşı bu qərəzli mövqeni anlamaq üçün sadəcə bir neçə faktı sadalamaq kifayətdir.
Hərbi əməliyyatların aktiv fazası dövründə Fransa Parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək işğal olunmuş ərazilərdə yaradılmış qanunsuz rejimin nümayəndələri ilə görüş keçirmiş və bu səfər Fransanın qondarma "Artsax"la həmrəyliyinin göstəricisi kimi qələmə verilmişdir.
Fransa Senatında təmsil olunan 5 böyük siyasi fraksiyanın liderləri Senatda Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması məqsədilə qətnamə layihəsi irəli sürmüşdür.
Eyni zamanda, məlum Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyanatının imzalanmasından sonra Fransa Xarici İşlər Nazirliyi rəsmi bəyanat verərək, Azərbaycana, hücumu dayandırmaq barədə birtərəfli çağırış etmiş və Fransanın Ermənistanın yanında yer aldığını bəyan etmışdir.
Bu azmış kimi, Paris Meriyası Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni rejimin tanınması ilə bağlı qətnamə qəbul etmişdir.
Fransanın bu addımları və bəyanatları bu ölkənin beynəlxalq hüquq, BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktı ilə müəyyən edilmiş öhdəlikləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsini təsbit edən ikitərəfli hüquqi çərçivə ilə ziddiyyət təşkil edir və beləliklə də qəbuledilməz və dözülməzdir.
30 il davam edən qanlı münaqişənin nəhayət birdəfəlik həllinə nail olunması və Cənubi Qafqazda təhlükəsizliyin əldə olunması üçün bütün səylərin birləşdirildiyi bir dönəmdə bu cür destrukrtiv və sülhə təhdid yaradan addımlar birmənalı qaydada pislənməlidir".
Bir daha qeyd etmək istəyirəm ki, bu addımlar və bəyanatlar Fransanın qərəzsizliyinə və neytrallığına ciddi şəkildə kölgə salır və Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki vasitəçilik roluna dair verdiyi razılığa bir daha baxmaq üçün əsas ola bilər.
Fransa tərəfindən ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqeyinin ifadə edildiyini nəzərə alaraq bildirmək istəyirəm ki, Fransanın bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinı icra etməsi məqsədəuyğun deyil. Bu səbəbdən, Fransanın vasitəçilik mandatının ləğv olunması ilə bağlı hüquqi prosedurların aparılması zəruridir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü





